Siyasət 24 Noyabr 2022, 12:25 | Baxış sayı: 255
"Qərbi Zəngəzura, Göyçəyə, İrəvana qayıtmağımız sadəcə zaman məsələsidir"

Min illər boyu öz torpağına bağlı olan azərbaycanlılar doğma tarixi-etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalıb. Azərbaycan xalqına məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskənləri ermənilər tərəfindən dağıdılaraq viran edilib.

 

Bu sözləri "Xəzər Xəbər"ə müsahibəsində millət vəkili, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli deyib.

 

Əziz Ələkbərlinin sözlərinə görə, Ermənistan işğal müddətində mədəni sərvətlərimizi dağıdıb, mənimsəyib.

 

Bu kimi cinayətlər barədə UNESCO-ya mütəmadi olaraq məlumat verilməsinə baxmayaraq, təşkilat bu məsələyə biganə münasibət sərgiləyib.

 

Millət vəkilinin bildirdiyinə görə, ermənilər bu gün çox çalışırlar ki, Qarabağ məsələsini gündəmdə saxlamaqla Qərbi Azərbaycanda törətdikləri faciələri arxa plana keçirsinlər: "Qərbi Zəngəzura, Göyçəyə, İrəvana qayıtmağımız sadəcə zaman məsələsidir. Oralar bizim doğma yurdumuzdur, böyüklərimizin məzarları bizi gözləyir. Bu problem heç bir halda gündəmimizdən düşməməlidir".

Xəbərlər