“Qeyri-ixtisas müəllimləri təhsil prosesinə ziyan vurur”
KOMİTƏ İCLASLARI
24 May 2023, 16:33 | Baxış sayı:
197
“Məktəblərdə dərslərin keyfiyyətini artırmaq istəyiriksə, bunun yollarından biri sertifikasiyadır. Başqa yol yoxdur”.
“Report” xəbər verir ki, bunu deputat Musa Qasımlı Milli Məclisin Elm və təhsil komitəsinin iclasında deyib.
“Bəzən məktəblərdə yaşı 65-dən yuxarı olanlar pensiyaya çıxır, amma bəzən fənni qeyri-ixtisas müəllimi tədris edir. Həmin müəllim dərsi yaxşı tədris edər, yoxsa yaşı 65-dən yuxarı olan müəllim? Düşünürəm ki, qeyri-ixtisas fənn müəllimləri təhsil prosesinə ziyan vurur”, - o bildirib.