Plenar iclaslar, Qanun Layihələri 15 Fevral 2022, 18:08 | Baxış sayı: 311
“Qaz təchizatı haqqında” qanun vaxtında qəbul olunmuş olsaydı, vaxtında müayinələr də aparılardı.

“Bu gün Azərbaycanda 2 milyon 400 mindən çox abonent var. Bu qanun layihəsinin qəbulu bütün abonentlərin qaz təchizatının müayinəsini müəyyən edir”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında ikinci oxunuşda “Qaz təchizatı haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deputat Fatma Yıldırım deyib.

Deputat bildirib ki, son illərdə qaz zəhərlənmələrindən çoxlu sayda itkilər var: “Bu qanun layihəsi bəlkə də vaxtında qəbul edilmiş olsaydı, vaxtında müayinələr də aparılardı. Ona görə də bu qanun layihəsi çox aktualdır. Təklif olunan dəyişikliklərə əsasən, mütləq qaydada ildə bir dəfədən az olmayaq müvafiq müayinənin məhz kifayət qədər resurslara malik olan paylayıcı təşkilat - "Azəriqaz" tərəfindən yerinə yetirilməsi məqsədəuyğundur”.

Xəbərlər