Siyasət 15 Mart 2023, 15:12 | Baxış sayı: 102
"Qarabağda baş verə biləcək hər hansı gərginliyə görə məsuliyyət həm də ABŞ və Aİ-nin üzərində qalacaq"

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezident Administrasiyası Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya ilə bağlı təmasların davam etdirilməsi, habelə Qarabağda infrastruktur layihələrinin reallaşdırılması məsələlərinin müzakirəsi üçün ikinci görüşə dəvət edib və görüşün yaxın günlərdə Bakıda keçirilməsi təklif olunub.

Ermənilər isə şərt irəli sürərək deyiblər ki, Azərbaycan rəsmiləri ilə görüş Rusiya sülhməramlıların vasitəçiliyi olmadan keçirilə bilməz, görüşdə siyasi məsələlər müzakirə olunmamalı və görüş yeri Bakı yox, Xocalı müəyyən edilməlidir. Özü də bu fikirlər Qarabağın hansısa qondarma xarici idarəsi tərəfindən bildirilib.

Birinci, Prezident Administrasiyası səviyyəsində Qarabağ ermənilərinin reinteqrasiya və infrastruktur məsələlərinin müzakirəsi üçün Bakıya dəvət olunması çox doğru addımdır və bu bir daha onu göstərir ki, Azərbaycan dövləti Qarabağ erməniləri ilə bağlı verdiyi vədə və bəyan etdiyi siyasətə tam sadiqdir. Bu dəvət həm də o deməkdir ki, rəsmi Bakı heç bir vasitəçi və üçüncü tərəfin iştirakı olmadan öz vətəndaşları olan ermənilərlə bütün məsələləri, o cümlədən onların hüquq və təhlükəsizliyinə aid olan qayğıları müzakirə edib həll etmək əzmindədir.
Məlum olduğu kimi, ABŞ və Avropa İttifaqının vasitəçiliyi ilə aparılan bütün danışıqlarda da Qarabağ ermənilərinin sonrakı taleyinə aydınlıq gətirilməsi və onlara müvafiq şəraitin yaradılması Azərbaycandan xahiş olunub. Ancaq təəccüblüsü budur ki, nə Avropa İttifaqının, nə də ABŞ-ın rəsmiləri Prezident Adminsitrasiyasının təklifinə hələlik, reaksiya verməyib.

İkinci, Qarabağ ermənilərinin yalnız Rusiyanın iştirakı ilə, həm də Bakıda yox, Xocalıda görüşə razılıq verməsi, siyasi məsələlərin müzakirə olunmasından imtina etməsi vəziyyəti bütün çılpaqlığı ilə üzə çıxartdı və bu da Azərbaycanın xeyrinədir. Çünki bu cavabla bir daha sübut olundu ki, 1) Rusiya və Qarabağdakı separatçılar barış və birgə yaşayış mühütünün formalaşmasında maraqlı deyillər, 2) Rusiya və separatçılar siyasi, yəni reinteqrasiya məsələlərini müzakirə etməkdən imtina etməklə Azərbaycanda qeyri-qanuni fəaliyyətin, ölkəmizin suverenliyinə olan hörmətsizliyin davam olunmasında israrlıdırlar.

Əgər ABŞ və Avropa İttifaqı Rusiyanın diktəsilə Qarabağ separatçılarının bu pozucu hərəkətinə və davranışına adekvat reaksiya verməsə, o zaman onların Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təminatında maraqlı olduqları barədə verdikləri bəyanatların səmimiliyi şübhə altına düşəcək və bu məsələdə onlara olan kövrək inam və etimad zədələnəcək. Digər tərəfdən, Azərbaycanın barış və sülh üçün atdığı addımları dəstəkləmədiyi üçün Qarabağda baş verə biləcək hər hansı bir gərginliyə və ya ermənilər tərəfindən törədiləcək təxribata görə məsuliyyət həm də ABŞ və Avropa İttifaqının üzərində qalacaq.
Rusiyanın mövqeyi isə aydındır...

Xəbərlər