Plenar iclaslar 2 Oktyabr 2023, 15:17 | Baxış sayı: 175
"Qarabağ və Şərqi Zəngəzur tezliklə dünyanın ən abad və gözəl bölgələrindən birinə çevriləcək"

"Qarabağ və Şərqi Zəngəzur tezliklə dünyanın ən abad və gözəl bölgələrindən birinə çevriləcək".

Bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentin payız sessiyasının oktyabrın 2-də keçirilən ilk plenar iclasında çıxışı zamanı deyib.

Deputat xatırladıb ki, son antiterror tədbirləri ilə Azərbaycan xalqı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, xalqımızın birliyi, Vətən övladlarının qəhrəmanlığı nəticəsində 30 illik işğala son qoydu: "Bu gün rayonlarımızın işğal deyil, azad olunduğu günləri qeyd edirik. 30 il bundan əvvəl mən və mənim kimi kimi bir milyon insan barbarcasına öz doğma torpaqlarından didərgin salınıb: “90-cı illərin əvvəllərində Azərbaycan çox ağır durumda idi. Bir tərəfdən torpaqlarımız işğal olunur, digər tərəfdən vətəndaş müharibəsi ilə üz-üzə qalmışdıq. İnsanlar ümidsiz və çarəsiz durumda idilər. Ermənilər yolu bağlayaraq insanların xilas olmasına mane olmağa çalışdılar. İnsanlar Arazı keçərək xilas oldular".

Xəbərlər