Siyasət 22 Avqust 2023, 16:23 | Baxış sayı: 182
“Qafanda hava limanının açılması beynəlxalq ictimaiyyəti də narahat edir”

“Qafan hava limanının açılması Azərbaycanla sülh danışıqları prosesini çətinləşdirən növbəti erməni təxribatıdır”.

Bunu “Report”-a açıqlamasında britaniyalı politoloq və jurnalist Neil Vatson deyib.

O qeyd edib ki, sərhəddən belə yaxın məsafədə havaya qalxan Ermənistan təyyarələrinin Azərbaycanın hava məkanını pozması qaçılmazdır. 


Deputat Fazil Mustafa açıqlamasında britaniyalı analitikin fikirlərində həqiqət payının olduğunu vurğulayıb: 

“Beynəlxalq ictimaiyyət də görür ki, Ermənistanın Qafana konsentrasiya olunması, əhalinin az məskunlaşdığı bölgədə hava limanı işə salmaq planı Azərbaycanla sülh prosesini ləngidir, bu da kifayət qədər ciddi narahatlıq doğurub. Tək hava limanı deyil, Qafanda İran konsulluğunun açılması, Avropa İttifaqı Parlamentinin missiyasının çağırılması,  ayrı-ayrı ölkə səfirlərinin orada demarş etməsi əslində sülh prosesinə zərər vuran addımlardır”. 

Deputat bildirib ki, Ermənistan bu kimi addımlardan çəkinməlidir:

“Düşdüyü vəziyyətdən çıxmaq üçün sülh perspektivləri üzərində düşünməlidir. Əks halda bu kimi fəaliyyətlərin səmərəsiz olacağını və daha böyük itkilərə məruz qalacağını bilməlidir. Proseslər indi daha çox Ermənistanın davranışlarından asılı olacaq. Reallıqla barışmasa, bunun əziyyətini çəkən tərəf də özü olacaq”. 

demokrat.az
 

Xəbərlər