"Pul ayrılmasa, “Azərbaycan” qəzeti fəaliyyətini dayandıracaq"
Plenar iclaslar
13 İyun 2023, 14:05 | Baxış sayı:
211
“Azərbaycan” qəzetinə sistemli pul ayrılmasa, qəzet fəaliyyətini dayandıracaq”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı “Azərbaycan” qəzetinin Baş redaktoru, deputat Bəxtiyar Sadıqov deyib.
Deputat bildirib ki, ötən il müraciətləri əsasında birdəfəlik yardım göstərilib: “Mən cari ildə qəzetin yaşadılması üçün Milli Məclisə müraciət etdim. Amma aldığım cavabdan bəlli oldu ki, heç bir yardım mümkün deyil. Halbuki qəzetimiz Milli Məclisin orqanıdır. Qəzetin maliyyə və texniki təminatı Milli Məclis tərəfindən edilməlidir. Artıq qəzetimiz öz əməkdaşlarının əməkhaqqını ödəyə bilmir”.
APA