“Prokurorluq orqanları ilə təhlükəsizlik orqanlarının fəaliyyətini eyniləşdirmək düzgün deyil".
“Prokurorluq orqanları ilə təhlükəsizlik orqanlarının fəaliyyətini eyniləşdirmək düzgün deyil. Digər qurumlara bu məqsədlə ayrılan məbləğ 5 faiz deyil, daha yüksək, 25-50 faiz həcmindədir”.
APA xəbər verir ki, bunu bu gün Milli Məclisin iclasında layihənin müzakirəsi zamanı parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib.
S. Novruzov deyib ki, xüsusi xidmət orqanlarına ayrılan vəsait daha da artırılmalıdır: “Çünki onlar günün 24 saatı çalışırlar, xüsusi qurğular alır, dövlətin təhlükəsizliyinin qorunması istiqamətində böyük işlər görürlər”.
Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov isə nəzərə çatdırıb ki, indiyə qədər 11 dövlət qurumuna belə güzəşt verilib, bu, ilk dəfə deyil: “Dövlət başçısı da Vətən müharibəsində xüsusi xidmət orqanlarının fəaliyyətini yüksək qiymətləndirmişdi. Prezident İlham Əliyev demişdi ki, xüsusi xidmət orqanları o gözlədiyindən də yaxşı işləyib. Mən 5 faiz məsələsində problem görmürəm, hətta Siyavuş Novruzovun dediyi kimi, bunu daha da artırmaq yaxşı olardı”.