Cəmiyyət 9 Noyabr 2022, 13:44 | Baxış sayı: 238
“Prezidenti dəstəklədiyinə görə Əli İnsanovu tənqid edənlərin gün işığından qaçan yarasalardan heç bir fərqləri yoxdur”

“Əli İnsanovun Prezident İlham Əliyevin uğurlu daxili-xarici siyasəti, hərbi-diplomatik uğurları, ərazilərimizin 30 illik işğalına qətiyyətlə son qoyması, həm 44 günlük müharibə, həm də post-müharibə dövründəki uğurlu fəaliyyəti ilə bağlı təqdiredici çıxışı bütünlüklə obyektiv reallığa əsaslanır. Əslində, burada qeyri-adi heç nə yoxdur, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqımıza Azərbaycan tarixinə qızıl hərflərlə yazılan elə bir Zəfər yaşadıb ki, elə təkcə bu Zəfərlə xalqımız yüzillər, minillər boyu qürur duyacaq. Bu Zəfər dünyanın Azərbaycana münasibətini kökündən dəyişib. Bu gün bütün dünya Azərbaycandan, Azərbaycanın Zəfərindən danışır. Bu gün dünya Azərbaycana, Azərbaycan xalqına və Azərbaycan Prezidentinə fərqli bir münasibət sərgiləyir. Bu gün Azərbaycan regionda öz maraqlarını cəsarətlə diqtə edə bilir və dünya bununla hesablaşmaq məcburiyyətindədir”.

 

Bu sözləri Pravda.az-a Milli Məclisin deputatı Əziz Ələkbərov sabiq səhiyyə naziri Əli İnsanovun Prezident İlham Əliyevi dəstəklədiyinə görə tənqid olunmasına münasibət bildirərkən deyib.

 

“O ki qaldı Əli İnsanovun ölkə Prezidentini dəstəklədiyinə görə tənqid edilməsinə, əvvəlcə onu tənqid edənlərin kimliyinə baxmaq lazımdır. Belələri Azərbaycan dövlətinin və Azərbaycan Prezidentinin uğurlarına kar, kor və lal olanlar, ya xarici ölkələrin Azərbaycandakı agentura şəbəkəsinin nökərləri – "5-ci kolon"un nümayəndələri, ya da siyasi ambisiyalarını gerçəkləşdirə bilmədiklərindən hikkələrinin əsiri olanlardır. Belələrinin gün işığından qaçan yarasalardan heç bir fərqləri yoxdur, onlar yarasa insanlardır. Belələri təbiətdə hər şeyi qara rəngdə görən bədbəxtlərdir, cəmiyyətin tullantılarıdır. Belələri həmişə olub, yenə də olacaq. Azərbaycan isə öz xalqı, ordusu və Prezidenti ilə hər gün yeni uğurlara imza atmaqdadır və heç kəs onu bu inkişafdan saxlaya bilməz”, - deputat bildirib.

Xəbərlər