Cəmiyyət 16 Sentyabr 2022, 15:57 | Baxış sayı: 274
"Prezident deyib ki, Qarabağ münaqişəsi bitib. Bu, həqiqətən də belədir"

Milli Məclisin deputatı Tahir Kərimli “Sual verirlər ki, “Prezident deyirdi, bəs münaqişə bitib?” Ay balam, Prezident nə vaxt bunu deyib?” fikrinə aydınlıq gətirib.

 

T.Kərimli Pravda.az-a açıqlamasında deyib ki, bu fikrinə görə təhqir edilir.

 

Deputatın sözlərinə görə, son hadisələr Ermənistan və Azərbaycan sərhədində baş verir: “Münaqişə bitməyib, heç kəs də bunu demir. Prezident deyib ki, Qarabağ münaqişəsi bitib. Bu, həqiqətən də belədir. Qarabağ Azərbaycanın daxili məsələsidir, beynəlxalq münasibətlərin mövzusu deyil. Dövlət başçısı deyib ki, status gorbagor olub. Heç bir dövlət ərazi bütövlüyünü şəhidsiz təmin edə bilməz. Amerika Minsk Qrupunu diriltmək istəyirsə, Prezident İlham Əliyev də bununla razı olmursa, dəstəkləyirik. Ermənistan və Azərbaycan arasında münaqişə davam edir. Münaqişənin adı “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ” idi. Qarabağ məsələsi həll edilsə də, Ermənistan və Azərbaycan arasında münaqişə hələ bitməyib. Təsadüfi deyil ki, Prezident İlham Əliyev 5 bənddən ibarət sülh sazişinin layihəsini irəli sürüb. Münaqişə bitməyibsə, iqtidarı buna görə günahlandırmaq lazım deyil. İqtidar haqqında söz deyirsənsə, elə etmək lazımdır ki, Vətənə, dövlətə ziyan dəyməsin. Pisə pis, yaxşıya da yaxşı deməliyik. Müxalifətin liderindən biri İsa Qəmbər çox yaxşı çıxış etmişdi. Baxmayaraq ki, müxalifəti təmsil edir, incikdir, pensiyasını da ala bilmir, amma dövlətin mənafeyini gözlədi. Radikal müxalifət, mühacirlər isə yalnız pislik axtarırlar, yaxşı görmək istəmirlər. Biz isə daim dövlətimizin tərəfindəyik”.

Xəbərlər