Siyasət 11 Aprel 2023, 14:47 | Baxış sayı: 146
"Paşinyana səs verənlər Azərbaycanla əlaqələrin açılmasını istəyənlər idi"

"Son üç ildə informasiya məkanında, o cümlədən diplomatik, siyasi dildə Zəngəzur dəhlizi termini yetərincə geniş populyarlıq qazandı. Bu, çox önəmli bir məsələdir. Çünki hər bir məhsul siyasi, iqtisadi transmilli baxımdan özünü təqdim edəndə və onun ətrafında müxtəlif maraqlar, mənafelər uzlaşanda gerçəklik qazanır, həyata keçir. Belə olan təqdirdə, heç şübhəsiz ki, bu, strateji məna daşıyır. Əgər 5-7 il bundan öncə, torpaqlar işğal altında olarkən həmin dəhlizdən danışsaydınız yəqin ki, bunu kimsə ciddi qarşılanmayacaqdı. Və o, bir neçə gün artıq media məkanından da silinib gedəcəkdi. Lakin göründüyü kimi, bu terminə qarşı hətta üsyan edən, bunu Azərbaycanın qədim toponimləri geosiyasi planda, transmilli kontekstdə irəli sürdüyünü nəzərə alıb, ona qarşı gələn Ermənistan fərqində deyil ki, Zəngəzur mis-molibden zavodu həmin o məkanda, o coğrafiyada Ermənistan içərisində fəaliyyət aparır. Göründüyü kimi, nə qədər Azərbaycan liderlərini tarixdən silməyə çalışıblarsa da, yenə də müəyyən bir hissəsi qorunub saxlanıb. Amma, indiki halda biz konkret olaraq yoldan bəhs edirik".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib. 

Millət vəkili bildirib ki, Ermənistanı yalnız kiçik bir hissə qorxutmur: 

"Ümumiyyətlə, İran və xüsusilə Fransa ona bu yöndə təzyiqlər göstərir ki, əgər sən həmin 42 kilometrlik yolu açsan, bütövlükdə Ermənistanın özü dəhlizə çevriləcək, yəni o, bir məkan kimi çox kiçikdir. Digər tərəfdən isə qardaş Türkiyənin iqtisadi gücü hamıya bəllidir. Kommunikasiyalar bərpa olunacağı təqdirdə, hətta Rusiya imperiyası dövrü, ondan sonrakı sovetlər zamanı, nə qədər soyuq müharibə dövrü olsa da, amma bütün ticarət, iqtisadi əlaqələr, xalqın münasibətləri, insanların kütləvi hərəkətliyi öz-özlüyündə elə bir vəziyyət yaratmışdı ki, Ermənistan sözün həqiqi mənasında adi bir yola çevrilmişdir. Bu mənada İranın qorxuları üstün gəlir ki, Qafqazın sərhəddi 132 km daha çox Azərbaycanın sərəncamındadır. Yəni, bu məsələ bilavasitə İkinci Qarabağ savaşında Azərbaycanın geriyə qaytardığıdır. Amma ondan artıq da var. 100 km-dən artıq hissə ondan öncə bizim nəzarətimizdə idi və Cəlilabada qədər böyük bir hissəni əhatə edir. Bu tərəfdən Azərbaycan Prezidenti sülh müqaviləsi mövqeyini irəli sürmək və regional təhlükəsizliyini təmin etməyə xidmət edən Orta Dəhliz strategiyasından bəhs etdi və buna dair mühüm beynəlxalq konfrans keçirildi. Müxtəlif qütblərin, cinahların, ayrı-ayrı dövlətlərin maraqlarını özünə cəlb etdi. 

Söhbət hansı Orta Dəhlizdən gedir? Bu, sizə bəllidir. Yəni, Bakı-Tbilisi işğal dövründə Qafqazı dünya ilə bağlayan mühüm bir xəttə çevirdik. Yəni, onlar ayrıca götürülmüş halda yalnız boru kəməri və dəmir yolu layihələri deyil, öz-özlüyündə o kommunikasiyalar xüsusi mühüm arteriyalardır. Onun üzərindən yalnız iqtisadiyyat dövr eləmir, həm də münasibətlər, əlaqələr də onun üstündə bərqərar olub".

Deputat qeyd edib ki, Azərbaycan prezidentinin Orta Dəhliz layihəsi həm Qərbin, həm də Şərqin mənafelərini uzlaşdırır: 

"Rusiya-Ukrayna savaşı fonunda dünyada qırılmış əlaqələr və heç zaman tarixdə olmayan embarqoların, sanksiyaların işə düşülməsi fonunda Rusiya da özünün 17,4 milyon kvadrat kilometrlik ərazisi ilə öz resurslarını hansı formada dünyaya çıxaracağı sualı üzərində düşündü. Əgər məsələn, həmin savaş olmasaydı, yəni bir il əvvəl başlayan və təkcə keçmiş sovet məkanını deyil, dünyanı bürüyən və yeni təhlükəsizlik arxitekturası üçün əsas rolunda çıxış edən bu sonuncu müharibə olmasaydı, üç il əvvəl bəlkə də Rusiya tərəfi Orta Dəhlizdə o qədər maraqlı olmazdı. Çünki onu dünya ilə bağlayan əlaqələr böyükdür. Belə olan şəraitdə 10 milyardlarla dollar, yəni sikulyasiya edəcək kiçik məkanda kiçik coğrafiya. Mən deyirəm, söhbət daha böyük rəqəmlərdən gedə bilər ki, bu, münasibətlərə təsir göstərəcəkdir. 

Faktiki olaraq, Orta Dəhliz Çinin həyata keçirdiyi bir yol siyasətinin də bir parçasına çevrilə bilər. Bu mənada Azərbaycan Prezidentinin irəli sürdüyü xətt, model, strateji layihələr də qlobal güclərin mənafelərindən çox üzvü şəkildə birləşir, onunla uzlaşır. Məhz bəzi ölkələr bundan narahatdırlar. Ermənistan düşünür ki, onun siyasi bir vahid kimi əhəmiyyəti itər, İran başqa mənada bundan irəli gələrək illərdir ki, son, yəni iki il yarımdan çox dövrdə məlum formada məsələyə qarşı gedir. Təkcə bizim qələbəmiz, onun milli siyasi planda doğurduğu nəticələrdə, həm də "Qafqaz bölgəsində uzun əsrlər boyu əlaqələrə malik olan dövlətlərin gələcəyi necə olacaqdır" məsələsi ətrafında suallar var".

Zahid Oruc deyib ki, Avropa Yenidənqurma və İnkişaf Bankı, o cümlədən Avropa İttifaqı həmin dəhlizə 18 milyard dollardan artıq vəsait xərcləyir: 
"Həmçinin, ABŞ da Zəngəzur dəhlizinə yaxın ərazilərdə çox mühüm elektrik enerjisi istehsalı kompleksləri yaradıb. Bəs 10 min kilometrlərlə uzaqda yerləşən okeandan o tərəfdə olan Birləşmiş Ştatların gəlib Qafqazların ucqar bir nöqtəsində qeyd etdiyimiz iqtisadi infrastruktur layihələri həyata keçirməsinin məqsədi nədir? 

Söhbət məhz İrana nəzarətdən gedir. Bu, bir yandan bölgədə möhkəmlənmək, Rusiyaya qarşı qərar tutmaq, burada özünün geniş iqtisadi dayaqlarını tapmaq və s. Ona görə də Azərbaycan məhz belə bir tənliyi həll etmək üçün öz mövqeyini, öz milli baxışlarını irəli sürüb və mən hesab edirəm ki, Prezident İlham Əliyevin doktrinası bu xarici siyasət kursunda irəliyə sürdüyü yeni konsepsiyaya qalib gələcəkdir, uğur qazanacaqdır. Çünki bir tərəfdən Ermənistanda sonda başa düşəcək ki, onların alternativi yoxdur. Yəni, Birinci Qarabağ savaşı dövründə qələbə ilə yenə də izolyasiyada idilər. İndi xalq soruşacaq ki, bu artıq torpaqlara nəzarət eləmirlər. İndi niyə qonşularla münasibət saxlamır? 

Deyə bilərəm ki, əslində Paşinyana səs verən Ermənistan vətəndaşları Orta Dəhliz üzərindən Azərbaycanla əlaqələrin, kommunikasiyaların açılmasının tərəfdarı olanlar idi. Paşinyan bunu yaxşı başa düşür ki, müharibə leksionuna keçdikdə bütün tərəfdarlarını itirəcək. Budur məsələnin mahiyyəti və faktiki olaraq onun başqa alternativi də yoxdur. 

Ümidvarıq ki, bu layihələr də işə düşəcək və onu başqa mövqedə geriyə çevirmək və müharibənin nəticələrini ortadan qaldırmaq da qeyri-mümkündür".

Xəbərlər