Parlamentdə DSMF-nin 2022-ci il büdcəsi birinci oxunuşda qəbul edilib
Plenar iclaslar,
Qanun Layihələri
17 Noyabr 2021, 19:39 | Baxış sayı:
292
Milli Məclisin bu gün keçirilən iclasında“Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi haqqında” (birinci oxunuş) qanun layihəsi müzakirəyə çıxarılıb.
APA-nın məlumatına görə, layihəyə əsasən, Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsinin gəlirlərinin 5 306 770 072,0 manat, xərclərinin 5 306 770 072,0 manat məbləğində təsdiq edilməsi təklif olunur.
Qanun layihəsi müzakirələrdən sonra səsə qoyularaq birinci oxunuşda qəbul edilib.