"Ötən il Azərbaycanda 100 mindən çox ev sənədləşdirilib"
2022-ci ildə Azərbaycanda 100 mindən çox fərdi yaşayış evi və mənzil sənədləşdirilib.
"APA-Economics" xəbər verir ki, bunu deputat Zahid Oruc deyib.
"Daşınmaz əmlakın qeydiyyatı problemi prezident İlham Əliyevin daimi diqqət mərkəzində olub. 2011-ci Bakı şəhər icra hakimiyyətində keçirilən müşavirə və daha sonra qəbul edilən sərəncamlar deyilənlərə sübutdur. Nəticədə daşınmaz əmlakın dövlət reestri haqda yeni qanun qəbul olundu və qeydiyyat sahəsində vəziyyət xeyli dəyişdi. İqtisadiyyat nazirliyinin məlumatına görə, həmin qərarlardan sonra 100 minə qədər ev və mənzil hüquqi aktla təmin olundu. Ötən 2022-ci ildə Azərbaycan ərazisində 49 min evin, 94 min mənzilin mülkiyyət hüququ təsdiqlənib".
Millət vəkili əlavə edib ki, mətbuatda daim dövr edən bir rəqəm - 500 min rəsmiləşməyən mülkün yarısı bu yolla müsbət həllini tapıb.