Cəmiyyət 24 Mart 2022, 15:06 | Baxış sayı: 252
"Onlar bilərəkdən bunu törədir və bütün dünyaya car çəkirlər ki, Azərbaycan Qarabağdakı ermənilərin qazını kəsir, qış günü bizi soyuqda saxlayır".

“İstənilən qaz borusunun xüsusilə şaxtalı yerlərdə, soyuq aylarda partlaması normal haldır. Bundan başqa isə, Xankəndidəki qaz xətti ermənilər tərəfindən də partladıla bilər. Onlar bilərəkdən bunu törədir və bütün dünyaya car çəkirlər ki, Azərbaycan Qarabağdakı ermənilərin qazını kəsir, qış günü bizi soyuqda saxlayır. Bu, erməni hiyləsi, erməni murdarlığıdır. Həmin qaz borusunun partladılması onların öz əməlidir”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.

Deputat qeyd edib ki, işğalçı dövlətin ərazisindən Azərbaycan ərazisinə qaz xətti çəkilməli deyil: “Bu, Azərbaycanın daxili işinə qarışmaq və ərazi bütövlüyünün pozulmasıdır. Qarabağ Azərbaycandır! Deməli, həmin əraziyə qazı da, elektrik enerjisi və digər təminatları da biz verməliyik. Nəyə görə Ermənistan öz büdcəsindən Qarabağ üçün maliyyə ayırmalı, onun tör-töküntüləri hələ də bizim ərazilərimizdə qalmalıdır? Nə üçün?! Ona görə də Azərbaycan bu məsələlərə son qoyacaq. Artıq zamanı yetişib, Azərbaycan ərazisində yaşayan hər kəsin yaşayışına özümüz nəzarət edəcəyik. Belə olan halda, orada yaşayan separatçı və terrorçular, qeyri-dövlətə məxsus hərbçilər təmizlənməli, 1988-ci ilə qədər həmin ərazilərdə yaşayan ermənilər və onların törəmələri isə Azərbaycan qanunlarını qəbul etməlidirlər. Əks təqdirdə, bizim ərazilərimizdə vətəndaşımız olmayan ermənilər yaşaya bilməz".

Xəbərlər