Plenar iclaslar 7 Mart 2023, 12:17 | Baxış sayı: 173
"Ombudmsanın hesabatında şəffaqlıqla bağlı nöqsanlar var"

“Ombudsmanın məruzəsi əlavə məlumatlar yükənib. Bu isə məruzənin keyfiyətini aşağı salır”.

Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Etibar Əliyev Milli Məclisin bu gün keçirilən iclasında bildirib.

Onun sözlərinə görə, ombudmsanın hesabatında şəffaflıqla bağlı nöqsanlar var:

“Ombudsmanın məruzəsində qanuni fəaliyyət göstərməyən qurumlarla bağlı ümumi məlumat verilib. Amma bu qurumların adları açıqlanmır. Məruzənin bəzi hissələri keçən ilin məruzəsinin bir hissəsinin təkrarıdır. Təhsil və elm sahəsilə bağlı şikayətlər var. Təəssüf ki, alimlərin problemləri həll edilmir”.

Xəbərlər