Plenar iclaslar 23 Dekabr 2022, 12:36 | Baxış sayı: 184
“Ölkəmizi “kürü diplomatiyası”nda ittiham edənlərin özləri Xəzəri udmağa hazırdılar”

“9 dekabrda Belçika polisinin Avropa Parlamentinin viste-prezidenti Yeva Kaylini 4 nəfər ortağı ilə 1,5 milyon avro nağd pulla birlikdə həbs etməsi barədə dünya və ölkə mediası ətraflı məlumat verib. Avropa siyasi institutlarındakı son hadisə korrupsiya sxeminin yalnız görünən hissəsidir. “Daily telegraph” qəzeti nüfuzları və qərarları ilə alver edən, 14 vitse-prezidentə malik Avropa parlamentindəki son qalmaqalı Avropa Birliyinin varlığına zərbə adlandırıb. On illərdir dövlətimizi ləkələməyə çalışan və qara siyahılara salanların siyasi riyakarlarlığı inkaredilməz dəlillərlə ortadadır. Ölkəmizi “kürü diplomatiyası”nda ittiham edənlərin özləri Xəzəri udmağa hazırdılar. Ötən ilin noyabrında “Ermənistana qarşı təcavüz” adlı qətnamənin müəllifləri indi həbsə atılıblar...”

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Zahid Oruc deyib.

Deputat bildirib ki, təkcə AvroParlamentdə deyil, AŞPA-da, üzv ölkələrin siyasi partiyalarında, xüsusilə də, Belçika və Fransanın inzibati-bürokratik sistemində böyük erməni şəbəkəsi fəaliyyət göstərir:

“Müxtəlif təşkilatlar arxasında gizlənərək, Landromat və Panama, Peqasus kimi hibrid müharibə müəllifləri indi Pandora qutusundan çirkli pullarla birgə çıxıblar. Avropa Parlamentində “siyasi korrupsiya şəbəkəsi”sinin digər rəhbəri Rafael Qluksmandır. Fevralın 8-də AvroParlamentin İnsan Hüquqları üzrə Alt Komitəsi “Azərbaycanda insan hüquqları pozuntuları və Bakının Aİ-nin siyasətinə müdaxiləsi”nə dair, martın 11-də “Qarabağda mədəni irsin məhv edilməsi haqqında” qətnamə qəbul edir. Vətən müharibəsinin 2-ci ildönümü ərəfəsində və qlobal enerji böhranı fonunda Azərbaycanın geosiyasi əhəmiyyətinin artdığını görən qüvvələr  “hərbi əsirlər videosu”nu gündəmdə saxlayaraq Cozef Borreldən qaz müqaviləsini dayandırmağı tələb etdilər. Oktyabrın 11-də AŞPA Komitəsində "Azərbaycanda jurnalistlərin və hüquq müdafiəçilərinin həyatına təhdidlər", daha sonra ingiltərəli deputat Hanna Bardelli Azərbaycan üzrə məruzəçi, 14 oktyabrda ATƏT PA-nın payız sessiyasında “Ermənistan və Azərbaycan arasında hərbi əməliyyatlar, o cümlədən yaşayış məntəqələrinə və mülki infrastruktura hücumlar” və “Avropa Şurasına üzv dövlətlərdə LGBT paradların və digər tədbirlərin keçirilməsi ilə bağlı qadağalar”a dair dinləmələr təşkil edilir. AŞ Monitorinq Komitəsi Azərbaycan üzrə Liz Kristofersonu yeni həmməruzəçi təyin edir. Nəhayət, may ayının 2-də Azərbaycanda jurnalist, bloqer və hüquq müdafiəçilərinə qarşı təhdidlərlə bağlı qətnamə 38 avrodeputatın imzasına əsasən 3-5 nəfərlik boş zalda səsə qoyulur və AvroParlamentin 705 üzvünün mövqeyi kimi təqdim edilir. Beləliklə, Xocavənddə qızıl-mis “oliqarxları”nın Avropaya uzanan əlləri torpaq uğrunda mübarizə deyil,  mənfəət davasıdır. Avropalı deputatlara qızıl yataqlarının əllərindən çıxması birbaşa iqtisadi zərbədir. Sərvətlərimizi Azərbaycanın əleyhinə xərcləyirlər. Dünya erməniçililyi və təəssübkeşlərinin üst təbəqəsi üçün Qarabağ ofşor zonadır. Lakin yunan əsilli, erməni dostları qrupunun lideri Eva Kaylinin həbsinin Ermənistana böyük zərbə olduğunu nəzərə alaraq, Azərbaycan dövləti Belçika polisinə ölkəmiz əleyhinə qəbul edilən bütün qətnamələrin korrupsiya ekpertizasının keçirilməsini tələb etməlidir”.

Xəbərlər