Plenar iclaslar 5 Dekabr 2023, 15:23 | Baxış sayı: 146
"Ölkədə kifayət qədər savadlı, qabiliyyətli hərbçilər formalaşıb"

"Bu gün ölkədə kifayət qədər savadlı, qabiliyyətli hərbçilər formalaşıb".

Bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov dekabrın 5-də parlamentin plenar iclasında çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan dövləti hər zaman zabitə kifayət qədər xərc çəkir, oxudur, yetişdirir və müəyyən mərhələyə çatdırır: “Təbii ki, zabit bu dövr ərzində çalışmalıdır ki, özündən sonrakıları formalaşdırsın. Zabitlərimiz tək döyüşçü yox, həm də döyüşə rəhbərlik edəndir. Digər tərəfdən, Azərbaycan kifayət qədər yeni texnika alır. Bunun işlənməsi və başqa nəsillərə ötürülməsinə zaman lazımdır”.

Deputat qeyd edib ki, bəzən hərbçi gələcəkdə hansısa səhvə yol verəcəyini və buna görə ordudan uzaqlaşdırılacağını, yaxud təqaüd ala bilməyəcəyini düşünür: "Lakin bu sahədə işləyən bütün insanlar təqaüdlərini alırlar. Dağlıq zonada qulluq edənlərin əməkhaqqısına 30 % əlavə edilir, yaxud onların digər imtiyazları olur. Təbii ki, imtiyazların daha da artıq olmasını istərdik".

report.az

Xəbərlər