İctimai Dinləmə 15 Dekabr 2022, 13:23 | Baxış sayı: 189
“Oğlanlarımız bu səbəbdən qız kimi böyüyür”

Bu gün məktəblədə kişi müəllimləri tapa bilmirik.

 

Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisdə “Dövlət ümumtəhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmədə deputat Tahir Kərimli deyib.

 

Deputat bildirib ki, kişi müəllimlərin sayı günü-gündən azalır: "Oğlanlarımız bu səbəbdən qız kimi böyüyür. Bəlkə burada problemləri axtaraq? Uşaqlarımız bəzən aqresiya ilə böyüyür. Digər tərəfdən Sovet dövrünün təhsil sistemini pisləyirik. Bir tələbə ilə danışırdım, 200 balla qəbul olub. Dedim, bu balı necə toplamısan, qayıdıb deyir ki, cavabları atdım, qəbul oldum. Dörd variant var, biri düz olacaq deyib, yalandan yazır və qəbul olur. Deyirsən, heç olmasa, bir şeir de, deyə bilmir. İndi bunun səbəblərini araşdırmaq lazımıdır”.

Xəbərlər