İqtisadiyyat 19 Yanvar 2023, 13:19 | Baxış sayı: 130
“O qədər pulum olmayıb ki, artığım ola, onu hara qoymağım haqda düşünəm”

“Sovet dövründə ailədə pulu bankda saxlamışıq. Amma o pul da batdı, getdi... Müstəqillik dövründə də bir neçə dəfə pul inflyasiyaya uğrayıb, devalivasiya olub, dəyərdən düşüb, dövlət müəyyən qismini ödəyib, müəyyən qismini ödəməyib. Buna görə də söz demək çətindir. Amma düşünürəm ki, indi dövlətimiz kifayət qədər bu sahədə sabitliyi qoruyur. Bizdə üzən məzənnə deyil, xarici valyutanı dövlət tənzimetməsidir. İndi milli, ya xarici valyuta kimi pulunu bankda qoymaq istəyənlər də var, evində gizləyənlər də...”

 

Bu sözləri Milli Məclisin deputatı Tahir Kərimli Pravda.az-ın “pul vəsaitinin təhlükəsizliyi üçün bank, yoxsa ev etibarlıdır?” sorğusuna cavab olaraq deyib.

 

“Mənim o qədər pulum olmayıb ki, artığım ola, onu hara qoymağım haqda düşünəm. Uzun illər, qohum-əqraba da işsiz qalmışıq, çətinliklərimiz olub. Əlimizə düşəni elə kreditə verdik, borca, ora-bura... Ona görə də bu barədə nəsə deməyə çətinlik çəkirəm. Hər halda, hesab edirəm, indiki vəziyyətdə banklara etibar etmək olar. Pul çox deyilsə, evdə də saxlamaq olar. Amma faiz gəldiyinə görə pulu banka qoymaq da münasibdir ki, faiz gəlsin, pul artsın…”, - deputat bildirib.

Xəbərlər