“Nərimanova qarşı çıxanların o kommunistlərdən və ermənilərdən nə fərqləri var?”
Siyasət
3 Aprel 2023, 14:45 | Baxış sayı:
167
“Nərimanovun Naxçıvandakı heykəlini sökdürənlər sabah da Bakıdakı heykəlinin sökülməsi məsələsini qaldıracaqlar. Nərimanov mürəkkəb tarixi şəraitdə, erməni-rus bolşeviklərinin əhatəsində Azərbaycanın mövqeyini kifayət qədər əzmkarlıqla qoruyub. Sovet dövründə kommunistlər uzun müddət onun adına yasaq qoydular”.
Pravda.az-ın xəbərinə görə, bunu deputat Sabir Rüstəmxanlı bildirib.
“Heydər Əliyev vaxtında Bakıda Nərimanovun heykəli qoyulanda ermənilər Moskvaya yazırdılar ki, Azərbaycanda Nərimanovşina dövrü başlanıb. İndi Nərimanova qarşı çıxanların o kommunistlərdən və ermənilərdən nə fərqləri var?” – S.Rüstəmxanlı qeyd edib.