Plenar iclaslar 6 Dekabr 2022, 12:50 | Baxış sayı: 133
"Niyə bir vətəndaş bir qutudan artıq dərman gətirə bilməz?"

Deputat Razi Nurullayev qeyd edib ki, ölkədən xaricə səyahət edənlər geri dönəndə özləri ilə ehtiyacları olan dərman preparatları alıb gətirir: “Quru sərhədləri bağlıdır, yalnız hava yolu ilə mümkündür. Niyə bir vətəndaş bir qutudan artıq dərman gətirə bilməz? Vətəndaşın ömürlük, yaxud 3 aylıq, bir illik atacağı dərmanlar var. O vətəndaş digər ölkələrdən gələndə bir neçə aylıq dərmanını alır və düz də edir. Çünki vətəndaşın xaricdən alıb gətirdiyi dərman bizim apteklərdə bəzən 5-7 dəfə baha olur. İnsan bahaçılığa görə o dərmanları ala bilmir, bir neçə il ömrü qısalır. Bu, ürəkağrıdıcı mənzərədir. İki yol var. Ya biz dərmanların qiymətini elə tənzimləməliyik ki, fərq bir dəfə olsun, ya da insanların şəxsi istifadəsi üçün gətirdiyi dərmanların sərhədlərdə yoxlamaya məruz qalaraq müsadirə edilməsinin qarşısını alaq. İnsan xəstə olduğunu və o dərmanlara ehtiyacı olduğunu belə göstərən zaman güzəşt edilmir. Mən aidiyyatı qurumun əməkdaşlarını qınamıram. Onlar vəzifə borclarını yerinə yetirir. Bu məsələ hökumətlə ciddi müzakirə edilməli və həll yolu qısa zamanda tapılmalıdır”.

Xəbərlər