Cəmiyyət 2 İyun 2021, 19:48 | Baxış sayı: 291
"Neftin qiymətindəki artım idxal olunan benzinin xərcinə də təsir göstərir".

İqtisadçı Vüqar Bayramov bildirib ki, Azərbaycanda Aİ-92 və Dizel yanacağının qiyməti tarif şurası tərəfindən tənzimlənir. Aİ-95 markalı benzinin qiyməti isə tarif şurası tərəfindən tənzimlənmir. Bu baxımdan bu benzinin qiyməti bazarda idxal xərclərindən asılı olaraq müəyyənləşir:

“Dünya bazarında neftin qiymətində artım var və son həftələrdə neftin bir barelinin qiyməti 70 dolları keçib. Neftin qiymətindəki artım idxal olunan benzinin xərcinə də təsir göstərir.  Nəzərə alsaq ki, Aİ-95 markalı benzinin qiyməti Tarif Şurası tərəfindin tənzimlənmir. Bu, sözügedən benzini idxal edən sahibkarlar tərəfindən həyata keçirilir. Sahibkarlar da öz xərclərinə uyğun olaraq qiyməti müəyyənləşdirirlər.

Azərbaycanda ən çox istifadə olunan Aİ-92 markalı benzindir və bizim qiymətləndirmələr göstərir ki, sürücülərimizin 90%-dən çoxu məhs bu benzindən istifadə edir. Aİ-95 markalı benzinin qiymətində artım bazara xüsusi təsir göstərməməlidir. Bu bahalaşma səbəbindən avtomobil bazarında da ciddi dəyişikliklər praqnozlaşdırılmır”.  

Xəbərlər