"Neftçalada bir kvadratmetr torpağım və ya hər hansı kommersiya marağım yoxdur"
Siyasət
14 Avqust 2023, 11:33 | Baxış sayı:
201
Neftçala rayonunda mənim bir nəfərə güya xüsusi himayədarlıq göstərərək, onun qeyri-qanuni şəkildə 100 ha torpaq sahəsi götürməsinə kömək etməyim barədə sosial mediada əsası olmayan bir xəbər gördüm. Bu məlumat ağ yalandır.
Bunu deputat Sabir Rüstəmxanlı bildirib.
"Seçicilərimdən aldığım müraciətlərə, şikayətlərə baxmaq mənim borcumdur və imkan daxilində onların problerinin ədalətlə həll olunmasına çalışıram. Amma heç kimə xüsusi himayədarlıq etmirəm. Neftçalada bir kvadratmetr torpağım və ya hər hansı kommersiya marağım yoxdur. Bu barədə düşünmürəm də! Millət vəkili seçilərkən neftçalalılara verdiyim vədlər vardı, onları yerinə yetirirəm. Xahiş edirəm, məni rayondakı münaqişələrə qatmasınlar…" - deputat qeyd edib.
pravda.az