Plenar iclaslar, Qanun Layihələri 5 Aprel 2022, 18:38 | Baxış sayı: 227
“Neft və qaz sektorundan kənarda digər sektorlara xarici investisiya cəlb edilə bilinmir”.

“Neft və qaz sektorundan kənarda digər sektorlara xarici investisiya cəlb edilə bilinmir”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “İnvestisiya fəaliyyəti haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı deputat Fazil Mustafa deyib.

O bildirib ki, bu səbəbdən sözügedən qanun “Məişət zorakılığı haqqında” qanunu xatırladır: “Yəni bu qanunun işləməsi üçün Azərbaycanda real zəmin yoxdur. Məhkəmə təminatı bu qanunda nə dərəcə olacaq? Biz məhkəmə sistemində bu təminatı tam dəstəkləyən mexanizm yaratmalıyıq. Hansısa imtiyazlı şəxslər dəfələrlə xaricdən gələn investorların investisiya yatırdığı sahəni onun əlindən alıb. Xarici investorlar qalsın bir qıraqda, yerli investorlara da imkan vermirlər. Biz öncə mühiti sağlamlaşdırmalı, xaricdən Azərbaycana investisiya qoyulması sahəsində problemi həll etməliyik. Prezident 2022-2026-cı illərdə korrupsiyaya qarşı mübarizə ilə bağlı fəaliyyət planını təsdiqlədi. Deyirdilər ki, köhnə məmurlar daha çox korrupsiyaya bulamışdı. Halbuki yenilərdə daha çox korrupsiyaya bulaşma hiss olunur”.

 

Qüdrət Həsənquliyev:  “Hökumət üzvləri hər dəfə Azərbaycanda biznes mühitinin çox yaxşı olduğunu bildirir. Amma doğurdan da biznes mühiti yaxşıdırsa, niyə azərbaycanlılar gedib Gürcüstana, Qazaxıstana, Özbəkistana, Rusiyaya, Türkiyəyə investisiya yatırır, ancaq niyə bir gürcü, özbək, qazax ölkəmizə investisya qoymur? Bu məsələ araşdırmalıdır” .

Onun sözlərinə görə, mübahisələrin həlli ilə bağlı qanun layihəsində qeyd olunur ki, Azərbaycanda bu cür investisiya fəaliyyəti ilə bağlı mübahisələr yarananda, onlar Azərbaycan məhkəmələri ilə həll olunur: “Açıq deyək ki, bizim məhkəmələrə etimad və inam o qədər də yüksək deyil”.

Deputat qeyd edib ki, əgər investisya müqaviləsində tərəflərindən biri xarici investordursa və bağlanan müqavilədə göstərilərsə, ona birbaşa Beynəlxalq Arbitraj Məhkəməsinə müraciət hüquqi verilməlidir.

Xəbərlər