“Nazir dediklərimizi qeyd etdi, bəlkə də çoxdan itirib”
Elm və Təhsil Nazirliyinin üzərinə bu qədər vəzifənin qoyulması düzgün deyil, çünki nazirliyin bu qədər gücü yoxdur.
Pravda.az xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin iclasında çıxış edən deputat Etibar Əliyev bildirib.
“Nazirlik üzərinə düşən vəzifələri yerinə yetirə bilmir. Mən onların kitabxanasında olmuşam, amma kifayət qədər qənaətbəxş deyil. Bu qədər dəyişikliklər olunur, amma nazirliyin ortada bir işi yoxdur. Ötən dəfə nazir burada çıxış edəndə biz təklif etdik ki, peşə məktəbləri açılsın. Çünki ölkədə bu sahədə ciddi çatışmazlıq var. Düzdür, məscid, restoran və s. yerlər var. Amma peşə məktəbləri yoxdur. Nazir bir yerə qeyd etdi, bəlkə də o qeydləri artıq itirib. Bildirim ki, biz nə qədər nazirliyə təkliflər versək də, ciddi nəticələr yoxdur”,- deyə deputat iradlarını çatdırıb./Yenisabah.az