Cəmiyyət 2 İyun 2021, 15:55 | Baxış sayı: 300
Naqif Həmzəyev “Aİ-95” markalı benzinin qiymətinin qalxmasına münasibət bildirib.

"Aİ-95 markalı benzinin qiymətinin qalxması heç də yaxşı xəbər olmadı. Sürücülərin, vətəndaşlarımızın narahatlığı başadüşüləndir. Bizi ən çox narahat edən məsələ isə benzinin qiymətinin qalxma səbəbləridir.

Bu növ benzinin istehsalı Azərbaycanda həyata keçirilməyib. Biz neft ölkəsiyik, bizim kifayət qədər potensialımız var. Bu benzin növünü də özümüz istehsal etsəydik, burda qiymət artımı olmazdı. Bizim sürücülərimiz də bu qədər xərcə düşməzdilər.

Təəssüflər olsun ki, hər dəfə benzinin qiyməti qalxdıqca, digər məhsulların da, xüsusilə ərzaq məhsullarında da süni qiymət artımının şahidi oluruq. İstəməzdik ki, belə hallar olsun.

Düşünürəm ki, aidiyyatı qurumlar digər məhsullarda süni qiymət artımının qarşısını almağa çalışmalıdırlar. Bu yolla əhalini daha çətin vəziyyətə düşməkdən qoruya bilərik".

Xəbərlər