"Namiq Abbasov jurnalist idi, ona görə də jurnalistləri sevirdi"
"Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov çox yaxşı insan, peşəkar təhlükəsizlik işçisi idi. Özü jurnalist idi, ona görə də jurnalistləri sevirdi. Mənim xatirələrimdə xoş qalıb..."
Bu sözləri açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aqil Abbas deyib.
"Namiq Abbasovla dəfələrlə ziyafətlərdə, tədbirlərdə görüşmüşük. Çox mehriban insan idi. Allah rəhmət eləsin...", - deputat bildirib.
Xatırlatma: Ötən gün sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib. 79 yaşlı Namiq Abbasov 1995-ci ilin mart ayından 2004-cü ilin iyul ayınadək Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri vəzifəsində işləyib, general-polkovnik hərbi rütbəsinə qədər yüksəlib. Nazir postundan azad edildikdən sonra 2004-cü ilin 16 dekabr tarixindən 2012-ci il oktyabrın 31-nə kimi Azərbaycanın Özbəkistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri postunda çalışıb. Səfir vəzifəsini tərk etdikdən sonra təqaüdə çıxıb.
pravda.az