"Müzakirə olunmadan edilən tətbiqlər əlavə bürokratiyaya çevrilir".
“COVİD pasportu ətrafında ciddi müzakirələrə, əsaslandırmalara ehtiyac var”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Nigar Arpadarai deyib.
Deputat bildirib ki, COVİD pasportlarının tətbiqinin müzakirələrdən kənar qalması təəssüf doğurur: “Çünki bunun tətbiqi uzunmüddətli qərardır və vətəndaşların həyatına birbaşa təsiri var. Hazırda xroniki xəstəlikləri, allergiyası olan yaxud şəxsi qərarı ilə peyvənd olunmayanlar sağlamlıq mərkəzlərinə girə bilmirlər. Bu, nə dərəcədə doğrudur? Heç kəsin şübhəsi yoxdur ki, dövlət insanların sağlamlığını düşünür. Amma müzakirə olunmadan edilən tətbiqlər əlavə bürokratiyaya çevrilir. Hesab edirəm ki, bunun əlavə əsaslandırması olmalıdır. İnsanlara məlumat verilməlidir ki, təkrar yoluxma halı neçə faizdir. Apardığım araşdırmaya görə dünyada təkrar yoluxma halları 1 %-dən azdır”.