İctimai Dinləmə 15 Dekabr 2022, 13:19 | Baxış sayı: 206
“Müstəqilliyin ilk illərində çobanlar məktəblərə direktor təyin olunurdu”

“Müstəqilliyin ilk illərində ölkədə çobanlar məktəblərə direktor təyin olunurdu. Bunu edənlər də bu gün xalqdan, millətdən danışanlardır. Bu gün məktəb rəhbərlərinin çoxu yerində deyil. Direktor tapşırıqla təyin olunursa, adını yaza bilməyən biri məktəbi idarə edirsə həmin təhsil müəssisəsində keyfiyyətli tədris gözləmək olmaz”.

 

Pravda.az xəbər verir ki, bunu deputat Musa Qasımlı Milli Məclisdə (MM) “Dövlət ümumtəhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.

 

“Təhsili sağlamlaşdırmağın yolu nədir? Bu, sertifikasiyadır. Valideyn-məktəb əlaqəsi gücləndirilməlidir. Əgər bu gün təhsilin sağlamlaşdırılması üçün vacid addımlar atılmasa bir neçə ildən sonra vəziyyət heç də ürəkaçan olmayacaq. Təhsilə kənar adamların, kiminsə qohumlarını gətirmək olmaz. Elm və Təhsil Nazirliyinin təhsilin sağlamlaşdırılması istiqamətində atılan addımları alqışlayram” - deputat əlavə edib.

 

MM-in Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev isə deputat M.Qasımlının səsləndirdiyi fikirlərə belə cavab verib:

 

“Musa müəllim, bizi heç bir fəlakət gözləmir”.

Xəbərlər