Ümumi 28 Fevral 2023, 11:45 | Baxış sayı: 107
“Müəllimlərə hədiyyə verilməsinin tərəfdarıyam”

Qarşıdan 8 mart gəlir. Hər il olduğu kimi, bu il də məktəblərdə müəllimlər üçün hədiyyə və ya pul yığılması məsələsi gündəm olub.

 

Mövzu ilə bağlı Elm və təhsil naziri Emin Əmrullayev "Arzumuz ondan ibarətdir ki, müəllimləri təbrik etmək üçün bahalı hədiyyə və pul yığımı olmasın", - deyə, açıqlama verib. Millət vəkili Aqil Abbas Musavat.com-a açıqlamasında müəllimlərə hədiyyə alınmasını yüksək qiymətləndirdiyini bildirib.

 

Millət vəkili deyir ki, 50 manatdan yuxarı rüşvət sayılır, odur ki, kimin imkanı varsa, hədiyyəsini bu həddə alsın.

 

"Mən 10 il məktəbdə oxuyanda hər il 8 martda müəllimələrimə hədiyyə aparmışam. 8 Martdır, bayramdır. Məgər şagird müəlliminə 30 manatlıq, 50 manatlıq gül, hədiyyə ala bilməz? 50 manatdan yuxarı rüşvət sayılır, 50-dən aşağı rüşvət deyil. Mən müəllimlərə hədiyyə verilməsinin tərəfdarıyam. İmkanı olmayandan məcbur, döyə-döyə hədiyyə istəmirlər ki... Kimin imkanı varsa hədiyyəsini alsın, təbrikini də etsin".

Xəbərlər