KOMİTƏ İCLASLARI 19 Oktyabr 2022, 13:30 | Baxış sayı: 183
"Müəllim yetişdiririk, müəllim çatışmazlığı olan məktəblərdə işləmək istəmirlər"

“Bəzi regionlarda olan orta məktəblərdə uzun illərdir müəllim çatışmazlığı var”.

Bunu Milli Məclisin Elm və Təhsil komitəsinin oktyabrın 19-da keçirilən iclasında komitə sədri Bəxtiyar Əliyev deyib.

"Müəllim kadrları hazırlayırıq. Deyirlər ki, müəllim ixtisasına qəbul çoxdur. Amma bu ixtisası bitirənlər ya gedib o çatışmazlıq olan məktəblərdə işləmək istəmir, ya da bitirdikləri ixtisas üzrə işləmirlər. Yəni biz müəllim ixtisasına qəbul edirik və müəllim yetişdiririk. Amma onları müəllim işləməyə məcbur edə bilmərik”.

 

Deputat Aqiyə Naxçıvanlı da qeyd edib ki, rayonların bir çoxunda müəllim yeri boşdur, bu problemi həll etmək lazımdır: "Oğuzda yaşayan İmişliyə düşür: “Ola bilməz ki, bunu sistemləşdirək, elə Oğuzda yaşayan öz yurdunda, yuvasında işləsin”.

Bəxtiyar Əliyev qeyd edib ki, müəllimlərin yerdəyişməsində bu problemlər çox yaşanır: “Müəllimlər vakansiya seçəndə Ağdamda yaşayırsa, Oğuzda olan vakansiyanı seçir. Seçim başa çatır, amma Ağdamdakı müəllim Oğuza getmir. Əsas probem budur. O zaman nazirlik də, təhsil müəssisəsi də fakt qarşısında qalır. Nazirlik də bu problemi görür. Sadəcə, biz vakansiya olan yerə ərizə verməklə bağlı ərizə verənə məhdudiyyət qoya bilmərik, mexanizmlər müəyyənləşdirilməlidir. Bu, eyni zamanda, dövlət qulluğuna da aiddir”.

Xəbərlər