Cəmiyyət 17 May 2021, 13:03 | Baxış sayı: 243
MM-in deputatları Parlamentlərarası Gənclər Assambleyasının iclasında iştirak edəcək

Milli Məclisin deputatları Emin Hacıyev və Nigar Arpadarai MDB-yə üzv dövlətlərin Parlamentlərarası Gənclər Assambleyasının 16-cı iclasının tədbirlərində iştirak etmək üçün mayın 18-dən 22-nə kimi Rusiyanın Sankt-Peterburq şəhərində səfərdə olacaqlar.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Parlamentlərarası Gənclər Assambleyasının iclasında Emin Hacıyevin, “Gənclərin seçki prosesində iştirakı: MDB PA-nın üzv dövlətlərinin təcrübəsi” mövzusunda keçiriləcək beynəlxalq elmi-praktik konfransda isə Nigar Arpadarainin çıxışı nəzərdə tutulub.

Xəbərlər