Məlahət İbrahimqızı Paşinyanın “44 günlük müharibənin kökləri” məqaləsini şərh edib
Bugünlərdə Ermənistanın Baş naziri N.Paşinyanın mətbuatda yayılmış “44 günlük müharibənin kökləri” adlı məqaləsi təkcə Ermənistanda və Cənubi Qafqazda deyil, erməni diaspora təşkilatlarında da çox böyük əks səda veribdir. Əslində Paşinyan bu məqaləsi ilə ölkəsində, bölgədə və erməni diasporasında ,eləcə də beynəlxalq təşkilatlarda Qarabağ münaqişəsi ilə bağlı 27 sentyabra qədər nələr baş verdiyini və bugünkü mövcud durumu dəyərləndirmişdir. Paşinyan bu tarixi ekskursunda obyektivlik göstərməyə çalışsa da, sözsüz ki, erməni xalqının, daha doğrusu erməni separatçılarının və onları dəstəkləyənlərin də marağını qorumağa çalışmışdır. Qeyd etmək lazımdır ki, ilk dəfədir ki, Ermənistanın yüksək səviyyəli bir rəsmisi sələflərini və onları səstəkləyənləri belə açıq formada tənqid və ifşa edir. Paşinyan bu məqaləsi ilə dünyada süni olaraq yaradılmış guya “güclü erməni dövləti” mifini də alt-üst etmişdir.
Hesab edirəm ki, Paşinyanın sələflərinə və qonşu dövlətin ərazisini işğal etmiş dövləti haqqında səsləndirdikləri bu obyektiv məqalə beynəlxalq təşkilatlar, dünya erməniləri və erməni xalqı tərəfindən dəstəklənəcəkdir. O, özünün bu məqaləsində birbaşa və dolayı yolla erməni ideoloqlarının uydurmalarını erməni xalqına çatdırmışdır.
Erməni Baş Naziri yazısında Ermənistan diplomatiyasının, hərbisinin məğlubiyyətinin, ölkəsindəki hazırkı acınacaqlı durumu və iflasını ondan öncəki prezidentlərin uğursuz fəaliyyəti əsaslandırmışdır. O məhz Köçaryan-Sarkisyan cütlüyünün erməni xalqını və dövlətini fəlakətə sürüklədiyini bildirərək, onları ittiham edir.
Əslində Paşinyan bu məqaləsi ilə belə bir saxta, uydurma, ədalətsiz , heç bir tarixi gerçəkliklərə və beynəlxalq hüquqa sığmayan ideologiyanın beynəlxalq təşkilatlar tərəfindən göz yumulması və dəstəklənməsinə görə beynəlxalq təşkilatlara da ciddi və düşündürücü mesajlar göndərmişdir.
Paşinyan yazısında sələfləri Köçəryan və Sərkisyanı danışıqlar prosesindəki uğursuz imitasiya etmələrinin Ermənistana deyil Azərbaycan üçün çox əlverişli fürsət və imkanlar yaratdığını qeyd edir.
O yazır ki, imitasiya nəticəsində verilmiş bu zaman Azərbaycanın bütün sahələrdə xüsusən də beynəlxalq aləmdə və daxildə güclənməsinə səbəb oldu. Həqiqətən də ötən otuz il ərzində istər ulu öndərimiz Heydər Əliyevin istərsə də, Prezidentimiz möhtərəm cənab İlham Əliyevin yorulmaz fəaliyyəti ilə dövlətimizin xarici siyasətində çox böyük uğurlar qazanıldı. Azərbaycanın uğurlu diplomatiyasının nəticəsində ən mötəbər kürsülərdə, Azərbaycan həqiqətləri səsləndi. Dünyanın bütün beynəlxalq təşkilatları Ermənistanı işğalçı kimi qəbul etdi. Azərbaycan beynəlxalq müstəvidə həm diplomatik həm də iqtisadiyyat meydanında təcavüzkar Ermənistanı məğlub etdi. Axərbaycan həm XX əsrin həm də XXI əsrin geosiyasi və iqtisadi cəhətdən ən əhəmiyyətli layihələrin müəllifi oldu. Azərbaycan Ordusu dünyanın 50 ən güclü orduları arasında oldu.
Paşinyan məqaləsi ilə etiraf edir ki, Azərbaycan bütün parametrlərlə Ermənistanla müqayisə edilə bilməyəcək dərəcədə gücləndi. Köçəryan-Sarkisyan cütlüyünün məqsədi isə hakimiyyətdə olduğu dövrlərdə soyğunçuluq və korrupsiya yolu ilə ancaq öz varidatlarını artırmaq olmuşdur. Bugün erməni xalqı səfalət və rəzalət içindədir. Erməni xalqı ölkəni tərk etmək üçün səbirsizliklə koronavirus karantin rejiminin bitməsini gözləyir.
Ölkə bütün sahələrdə ən ağır böhran vəziyyətini yaşayır. Ordu isə məhv olmuş vəziyyətdədir.
Paşinyan məqaləsində həm açıq həm də dolayısı yolla Prezidentimiz möhtərəm cənab İlham Əliyevin müdrik və uzaqgörən diplomatiyası ilə Ermənistanı və onun tərəfdarlarının beynəlxalq aləmdə blokadaya salındığını etiraf edir. Həqiqətən də Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesində Prezidentimizə qarşı nə qədər qərəzli yanaşmalar və təzyiqlər olsa da, O qətiyyətlə dəyişməz mövqe sərgilədi. Bu mövqe Azərbaycan xalqının maraqları, haqq və ədalət, tarixi və hüquqi gerçəkliklər və işğala son vermək, bir ovuc torpaq üçün belə güzəşt etməmək.
Məqalədə Paşinyan özündən əvvəlki sələflərini açıq aşkar, erməni xalqını aldatmaqda günahlandıraraq, qeyd edir ki, istər 1994-cü ildə imzalanmış atəşkəs müqaviləsi, istərsə də Lissabon samitindən Paşinyan hakimiyyətə gələnədək olan müddətdə bütün danışıqlar prosesinin Azərbaycanın xeyrinə olmasını vurğulayır və Lissabon samitini isə Ermənistanın ən nöyük uğursuzluqlarından hesab edir.
Ermənistanın Baş Naziri bu məqaləsi ilə həm də erməni xalqının uçurumla üzbəüz dayandığını deyərək, erməni ideoloqlari və uydurma xalq qəhrımanları tərəfindən aldanmalarını yalanlarla pərdələnmiş gözünü açır.
Məqalədə maraqlı cəhət ondan ibarətdir ki, erməni Baş Nazir Azərbaycanın ardıcıl və prinsipial səyləri nəticəsində Dağlıq Qarabağın statusunun gündəlikdən çıxmasını və ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olan Rusiyanın mövqeyində də status məsələsindən bəhs olunmadığı bildirilir.- Paşinyan hakimiyyət gəldiyi ilk gündən ölkəsinin bütün imkanlarının tükəndiyini, eləcə də Azərbaycan kimi güclü dövlət qarşısında duruş gətirə bilməyəvəyini də çəkinmədən məqaləsində vurğulayır və Aprel döyüşlərindəki Ermənistanın məğlubiyyətinin buna misal olduğunu qeyd edir. Sözsüz ki, Paşinyan bu məqaləsində buraxdığı nöqsanları ört basdır etdiyi açıq sezilir. Yəni Paşinyan özünün barışıq elçisi, sülh mələyi və ya erməni xalqının xilaskar obrazını yaratmağa da çalışır. Bu obraz o vaxt real görünərdi ki, o hakimiyyətə gəldiyi ilk gündən son iki yüz il ərzində erməni ideoloqlarının və “liderləri”nin Azərbaycana və Türkiyəyə qarşı əsassız ədavət, düşmənçilik və ərazi iddialını erməni xalqına anladaraq, uydurma və saxta tarixi ifşa edərdi. O, Azərbaycan və Türkiyə ilə yeni qonşuluq siyasətinin erməni xalqının varolmaları üçün həyati zəruri şərt olduğunu ölkəsinə və dünyaya səslənməli idi. Çox təəssüf ki, Paşinyanın məramı ancaq müxtəlif təxribatlar oldu ki, onun da nəticəsi bəllidir. Bugün Azərbaycan xalqının haqq və ədalət naminə 44 günlük Vətən müharibəsində erməni xalqının faciəsinə və Azərbaycan xalqının bu müharibədə itirdiklərinə görə o cavab verməlidir.
Paşinyanın məqaləsində diqqət çəkən məqamlarından biri də onun tarixi düşmən hesab etdikləri Azərbaycan xalqının yenilməz lideri İlham Əliyevin fəaliyyətindən, gücündən və bölgənin gələcək taleyinin məhz ondan asılı olduğunu etiraf edərək bölgə əhalisinim bu gerçəkliyi qəbul etməlırini vurğulayır.
Bu məqalə Azərbaycana qarşı düşmənçilik mövqeyində olan bir ölkənin Baş nazirinin etirafıdır. Ermənistanın Baş naziri Paşinyanın məqaləsini oxuyarkən, 1993-cü ildən bugünədək ölkəmizdə və ölkəmizdən xaricdə yaşayan bir qrup radikal Azərbaycan müxalifətinin ulu öndər Heydər Əliyevə və möhtərəm Prezidentimiz cənab İlham Əliyevə qarşı düşmənçilik mövqeləri, şər və iftiraları gözümün önündə canlandı.
Bu qüvvələrin fəaliyyətini bu yazıdakı dəlillərlə müqayisə edərkən, 5-ci kolon adlanan ölkəmizdəki bu qüvvələrin həqiqətən də ermənipərəst qüvvələrlə eyni mövqedə və işbirliyində olduğunun şahidi oluruq.