“Əminəm ki, Xocalı qatillərindən biri olan Vitali Balasanyan da tezliklə həbs ediləcək”
“Azərbaycan 44 günlük Vətən müharibəsində bütün dünyaya əsil müharibə mədəniyyətini göstərdi”.
Bunu deputat İqbal Məmmədov bildirib.
Deputat qeyd edib ki, Araik Arutyunyanın və digər terrorçuların həbs edilməsi və onların Bakıya gətirilməsi Azərbaycan dövlətinin növbəti möhtəşəm qələbəsidir:
“Qoca və uşaq demədən soydaşlarımızı vəhşicəsinə qətlə yetirən bu cəlladların qanunla cəzalandırılma zamanıdır. Həbs edilərək Bakıya gətirilən Araik Arutyunyanın, Bako Sahakyan, Arkadi Qukasyan, Davit İşxanyan, David Babayan, Ruben Vardanyan və Davit Azati Manukyanın hər birinin əli soydaşlarımızın qanına bulaşmış qatillərdir. Bu cinayətkarı əsla bağışlamaq olmaz. 30 ilə yaxındır ki, bu cinayətkarların layiq olduqları cəzanı alacaqları günü gözləyirik. Bu gün hüquq-mühafizə orqanların əlində bu cinayətkarın qanlı əməllərini sübut edən kifayət qədər maddi sübutlar mövcuddur. Düşünürəm ki, yalnız cinayətkarlar layiqli cəzalarını aldıqdan sonra şəhidlərimizin ruhu rahatlıq tapacaq”.
Deputat vurğulayıb ki, bütün cinayətkarlar tökdükləri hər damala qana görə cavab verməlidir:
“Qarabağda erməni quldur dəstələrindən birinə rəhbərlik edib, torpaqlarımızın işğalında xüsusi rolu olanlardan biri də Vitali Balasanyandır. Vitali Balasanyan göstərdiyi şücaəti ilə erməni quldurlarını qorxuya salan, Azərbaycanın igid oğullarından biri olan Natiq Qasımova dəfələrlə ağır və dəhşətli işgəncələr verərək onu qətlə yetirib. Bilirsiniz ki, 1992-ci ildə Vitali Balasanyan Xocalıda dinc azərbaycanlılara qarşı törətdiyi qətlima görə hüquq-mühafizə orqanlarımız tərəfindən axtarışa verilmişdi. Bu vəhşinin zülümünə məruz qalan soydaşlarımızın başlarına gətirlən oyunları dinlədikcə insan dəhşətə gəlir. Əminəm ki, Xocalı qatillərindən biri olan Vitali Balasanyan da tezliklə həbs edilərək qanunla layiq olduğu cəzanı alacaq”.
ulusal.az