Ümumi 16 Mart 2021, 16:30 | Baxış sayı: 274
Millət vəkili qiymətlərin qalxmasından şikayətlənib

“Görülən müsbət işlər var. Ancaq görüləcək işlər daha çoxdur. Buna baxmayaraq, əvvəlki illərdən fərqli olaraq, hesabatın qəbul olunmasına səs verəcəm”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.

Deputat bildirib ki, hesabatda qeyd olunduğu kimi, Azərbaycan postpandemiya və postkarantin dövründə yeni mərhələyə qədəm qoymasını nəzərə alaraq, bu gün hökumətin buraxdığı boşluqlara da toxunacaq: “İşğaldan azad olunmuş ərazilərin bərpası ilə bağlı təkliflər hazırlanıb. Ancaq sual odur ki, bu təkliflər hazırlanarkən həmin bölgələri təmsil edən deputatların təklifləri nəzərə alınıbmı? Bu təkliflər müzakirə ediləcəkmi? Biz çox vaxt bu məsələləri hamılıqla müzakirə etmədiyimizə görə ciddi səhvlərə yol vermişik”.

Deputat ÜDM-in azalmasına da toxunub: “Belə vəziyyətdə əhalinin gəlirləri azalıb. Bu obyektiv səbəbdən olsa da, burada subyektiv amillər də var. Ərzaq məhsullarının, tikinti materiallarının və s. qiyməti kəskin artıb”.

Xəbərlər