Ümumi 2 Aprel 2021, 17:18 | Baxış sayı: 391
Millət vəkili Könül Nurullayeva vətəndaş qəbullarını davam etdirir.

Trend-in məlumatına görə, Milli Məclisin deputatı K.Nurullayeva Bakı şəhəri Nizami rayonu sakinləri, eləcə də Azərbaycanın müxtəlif bölgələrində yaşayan vətəndaşların Deputat Qərargahına daxil olan müracətləri əsasında aprel ayı üçün ilk vətəndaş qəbulunu həyata keçirib.

Millət vəkilinin Deputat Qərargahından verilən məlumata görə həftə ərzində, ümumilikdə, 39 vətəndaşın birbaşa, telefon və sosial şəbəkələr üzərindən ümumi müraciətləri nəzərə alınıb, 19 nəfər canlı, 6 nəfər isə onlayn şəkildə keçirilən qəbul zamanı dinlənilib.

K.Nurullayevanın sosial media şəbəkələrindən aldığımız məlumata əsasən, qəbul zamanı vətəndaşları ən çox narahat edən məsələlər məşğulluq, maddi yardım, sosial təminat, torpaq-əmlak məsələləri və yaşayış massivlərində yaşanan problemlər kimi qiymətləndirilib. Deputat K.Nurullayeva müraciətləri qeydiyyata alıb və aidiyyatı üzrə müvafiq qurumlara ünvanlayıb.

Xəbərlər