Ümumi 21 Yanvar 2021, 16:37 | Baxış sayı: 473
Millət vəkili İlham Məmmədov Yevlaxda şəhid ailələri ilə görüşüb.

Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının sədri, Milli Məclisin deputatı İlham Məmmədov növbəti dəfə 17-18 Yanvar 2021-ci il tarixində Yevlax rayonundan Vətən müharibəsində şəhid olmuş İlham Məmmədovun, Sadiq Əsgərovun, Faiq Adıgözəlovun, Sərxan Məmmədovun, Emin Rüstəmovun, Kamran İsmayılovun, Anar Umarovun, Əli Məmmədovun və Ceyhun Əyyubovun evlərində olmuş, Şəhidlərin valideyinlərinə baş sağlığı verərək, qəhrəman övladlarının vətənin azdlığı, bütövlüyü kimi müqəddəs bir yolda qəhrəmancasına döyüşərək şəhid olduqlarını və onların hər zaman Azərbaycan xalqının qəlbində yaşaycağını bildirmişdir.

İlham Məmmədov qeyd etmişidir ki, Azərbaycanın bütövlüyü uğrunda şəhid və qazi olmuş şəxslər hər zaman olduğu kimi bu gündə cənab Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə əhatələnmişdir. Cənab Prezident tərəfindən “Yaşat” Fondunun yaradılması, bu kateqoriyadan olan şəxslər üçün nəzərdə tutulmuş aylıq müavinətlərin məbləğinin artırlması, Heydər Əliyev Fondunun şəhid ailələrinə və qazilərə qayğılarının həllində yaxından iştirakı dövlətin diqqət və qayğısının bariz nümunəsidir deyə Millət vəkili vurğulamışdır.

Görüş zamanı İlham Məmmədov da öz növbəsində Şəhid ailələrinin qayğılarını dinləmiş və bunların həlli istiqamətində müvafiq aidiyyatı qurumlara müraciətlər olunacağını bildirmişdir.

 

Xəbərlər