Cəmiyyət 12 May 2021, 12:28 | Baxış sayı: 305
Millət vəkili: "Deputatların maaşları müəllim və həkimlərin məvaciblərindən, imkanlarından qat-qat yaxşı olmamalıdır".

Deputatların maaş məsələsindən danışan millət vəkili bildirib ki, deputatlar icra strukturları və hökumət üzvlərinə sorğu göndərmək, ölkədəki müvafiq məsələlərlə bağlı ümumi vəziyyəti öyrənmək səlahiyyətlərinə və ona təsir etmək imkanlarına malikdirlər:

“Hakimiyyət bölgüsünə diqqətlə yanaşmaq lazımdır. Deputatlar icra funksiyalarına malik deyillər. Onlar qanunvericilik funksiyaları ilə yanaşı, müəyyən qədər körpü rolunu da oynayır.

Seçicilərin şikayətlərini ifadə etmək imkanlarına malikdirlər. Mənə elə gəlir ki, deputatların maaşları müəllim və həkimlərin məvaciblərindən, imkanlarından qat-qat yaxşı olmamalıdır. Onlar uyğunlaşmalıdır. Bu, ölkənin orta maaş səviyyəsi ilə bağlıdır”.

Xəbərlər