Cəmiyyət 23 Aprel 2021, 15:40 | Baxış sayı: 269
Millət vəkili: "Boşanmış qadınların çoxu təyin olunan alimenti ala bilmir. Bunları da düşünməliyik".

Deputat bildirib ki, bu qanunun qəbulundan xeyli vaxt keçib: “Milli Koordinatorun səlahiyyətlərini artırmalıyıq. Məncə, qurum Nazirlər Kabinetinin yanında fəaliyyət göstərsə, daha faydalı olar. Milli Koordinatorun yanındakı İşçi Qrupunda 14 dövlət qurumu və çoxlu sayda QHT iştirak edir. Onların fəaliyyətini isə biz sadəcə bu hesabat dinləniləndə görürük. Eyni zamanda Milli Koordinatorun Ombudsmanla əlaqələri genişləndirilməlidir. Analiz aparsaq, struktur baxımından insan alverinə məruz qalan qadınların böyük əksəriyyəti peşəsi olmayan, ailəsi uğursuz olan, təhsilsiz qadınlardır. Digər tərəfdən alimentlərlə bağlı problemlər də bu gün aktualdır. Boşanmış qadınların çoxu təyin olunan alimenti ala bilmir. Bunları da düşünməliyik. Qadınların məşğulluğu ön planda olmalıdır”.

Xəbərlər