Millət vəkili Bakıda bağlanan poliklinika ilə bağlı müraciət etdi
Ümumi
16 Mart 2021, 17:00 | Baxış sayı:
451

Bakı şəhər Baş Səhiyyə İdarəsi 6-cı mikrorayonda 26 mindən artıq sakinə xidmət göstərən 27 saylı şəhər poliklinikasının fəaliyyətini 2018-ci ildən dayandırıb.
Oxu.Az-ın xəbərinə görə, bunu Milli Məclisin iclasında deputat Azay Quliyev deyib.
O bildirib ki, həmin poliklinikanın yanğın təhlükəsizliyi baxımından istismara yararsız olduğu əsas gətirilib.
“Bu, əhali üçün ciddi problemlər yaradır. Müvafiq səhiyyə qurumlarından bu məsələnin həllini xahiş edirəm”, - deyə A.Quliyev əlavə edib.