Millət vəkili: "Azərbaycan vergi ödəyicilərinə keçən il 4 mərhələli maliyyə dəstəyi edilib, 133.157 vergi ödəyicisinə yardım ayrılıb".
Azərbaycan vergi ödəyicilərinə keçən il 4 mərhələli maliyyə dəstəyi edilib, 133.157 vergi ödəyicisinə yardım ayrılıb. Bunu millət vəkili Elnur Allahverdiyev Milli Məclisin bu gün keçirilən plenar iclasında "Büdcə layihəsinin icrası"nın müzakirəsi zamanı deyib.
"2020-ci il ərzində vergiödəyicilərinə 4 mərhələli maliyyə dəstəyi edilib. Ümumilikdə 133.157 vergi ödəyicisinə maliyyə yardımı ayrılıb ki, onlar da bu yardım hesabına işçilərinin əmək haqqıarını ödəyiblər. Söhbət 600 min nəfərə, məntiqlə 600 min ailəyə göstərilmiş maliyyə dəstəyindən gedir. Bununla paralel, dövlət sektorunda 910 min işçidən karantin dövründə təxminən 80%-i işə çıxmasa da, onların əməkhaqqı ödənilib. Bu nailiyyətlərimiz Avropa ölkələrindən olan həmkarlarımızın ciddi marağına səbəb olur. Artıq sirr deyil ki, hətta qabaqcıl sayılan bir sıra ölkələrdə dövlətin iqtisadiyyatın özəl sferasını mühafizə və bərpa etməsi istiqamətində belə miqyaslı addımlar atılmayıb", -deyə millət vəkili əlavə edib.