Cəmiyyət 28 May 2021, 17:05 | Baxış sayı: 266
Milli Məclisin yaz sessiyasında 10 qanun layihəsi müzakirəyə çıxarılmayıb

Milli Məclisin 2021-ci il yaz sessiyasının qanunvericilik işləri planına daxil edilən 10 qanun layihəsi müzakirəyə çıxarılmayıb.

APA-nın xəbərinə görə, bu qanun layihələri aşağıdakılardır:

1. Cinayət Məcəlləsinin Xüsusi hissəsinin “Sülh və insanlıq əleyhinə cinayətlər” bölməsinin yeni redaksiyasının layihəsi;

2. “Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsi;

3. “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun layihəsi;

4. “Lombardlar haqqında” qanun layihəsi;

5. “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi;

6. “Ali təhsil haqqında” qanun layihəsi;

7. “Təhsil kreditləri haqqında” qanun layihəsi;

8. “Turizm haqqında” qanun layihəsi;

9. “Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsi;

10. “Qida təhlükəsizliyi haqqında” qanun layihəsi.

Qeyd edək ki, Milli Məclisin 2021-ci il yaz sessiyasının qanunvericilik işləri planına daxil olan “Lombardlar haqqında” qanun layihəsi 2019-cu il sentyabrın 30-da Milli Məclisdə ikinci oxunuşda qəbul edilib. Qanun layihəsini üçüncü oxunuşa hazırlamaqdan ötrü işçi qrupu yaradılıb. Yaz sessiyasında üçüncü oxunuşda müzakirəsi nəzərdə tutulsa da, qanun layihəsi üzərində işlər yekunlaşmayıb.

Xatırladaq ki, parlamentin 2021-ci il yaz sessiyasının qanunvericilik işləri planına 13 məsələ daxil edilmişdi. Onlardan “Azərbaycan Respublikası Milli Məclisinin İntizam komissiyasının Əsasnaməsinin təsdiq edilməsi haqqında” qərar layihəsi qəbul edilib. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisi deputatlarının, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Prokurorluğunun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri və Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər edilməsi haqqında qanun layihələri müzakirəyə çıxarılıb.

Xəbərlər