Cəmiyyət 7 Fevral 2022, 16:41 | Baxış sayı: 229
"Milli Məclisin İntizam komissiyasında deputat Cavanşir Feyziyevin məsələsinə baxıla bilər".

"Milli Məclisin İntizam komissiyasında deputat Cavanşir Feyziyevin məsələsinə baxıla bilər".

Bunu parlamentin İntizam komissiyasının sədr müavini Fəzail Ağamalı deyib.

Onun sözlərinə görə, deputat Cavanşir Feyziyev və jurnalistlər arasında bu cür münasibətlərin yaranması onda təəssüf doğurur: "Mən hansısa tərəfi günahlandırmaq və ya haqq qazandırmaq fikrində deyiləm. Həmkarımın Azərbaycanda kifayət qədər tanınan jurnalistlər barədə söylədiyi fikirlərini qəbul etmirəm. Onlar öz yollarını tutan, faktlara söykənərək baş vermiş olan hadisələri özlərinə məxsus şəkildə təqdim edən jurnalistlərdir. Onların əməllərində mən nə "xaricə işləmək" əməllərini qəbul edirəm, nə də onların kiməsə işləməliyini qəbul edirəm. Çünki onlar belə jurnalistlər deyillər. Hesab edirəm ki, gərək belə vəziyyət yaranmayaydı. Hər iki tərəfə çağırış edirəm ki, lütfən dayanın. Bundan o tərəfə getməyə ehtiyac yoxdur".

Sədr müavini deputatın məsələsinə İntizam komissiyasında mütləq baxılacağı ilə bağlı suala cavab verməkdə çətinlik çəkdiyini deyib: "Bu məsələnin müzakirəyə çıxarılması üçün orada adıçəkilən jurnalistlər hansısa bir formada parlamentə müraciət etməlidirlər. Həmin müraciətdə təhqirlə bağlı hüquqi baxımdan yanaşmalar, əsaslandırmalar olmalıdır. Milli Məclisin rəhbərliyinin bu məsələyə hansı münasibət bəsləyəcəyi onun səlahiyyətinə aiddir. Əgər parlamentin rəhbərliyi tərəfindən məsələnin İntizam komissiyasında müzakirəsi məsləhət görülərsə, təbii ki, onda komissiya bu məsələyə baxa bilər".

Report

Xəbərlər