Plenar iclaslar 19 May 2022, 15:17 | Baxış sayı: 199
Milli Məclisin 42 deputatı növbədənkənar sessiyanın keçirilməsi ilə bağlı spikerə müraciət edib.

Milli Məclisin 42 deputatı növbədənkənar sessiyanın keçirilməsi ilə bağlı spikerə müraciət edib.


Modern.az xəbər verir ki, deputatların bununla əlaqədar imzaladığı müraciət sədr Sahibə Qafarovaya təqdim edilib. 


Növbədənkənar sessiyanın müddəti haqqında mayın 31-i Milli Məclisin yaz sessiyasının başa çatmasından sonra qərar veriləcəyi bildirilir. 

Qeyd edək ki, may ayının 27-də parlamentin növbəti plenar iclası keçiriləcək.    


Onu da bildirək ki, Milli Məclisin Daxili Nizamnaməsinə görə, Milli Məclisin sədri növbədənkənar sessiyanı prezidentin və ya Milli Məclisin 42 deputatının tələbi əsasında çağırır. Adətən, növbədənkənar sessiya iyun ayının 15-nə qədər yekunlaşır. 

Xəbərlər