KOMİTƏ İCLASLARI 20 Sentyabr 2022, 11:34 | Baxış sayı: 112
Milli Məclisdə ICIEC-in təsis müqaviləsini təsdiq ediləcək

İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyasının (ICIEC) Təsis Müqaviləsi təsdiq ediləcək.

Bu barədə qanun layihəsi Milli Məclisə daxil olub.

"İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyasının (ICIEC) Təsis Müqaviləsi”nin təsdiq edilməsi barədə qanun layihəsi parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin 23 sentyabrda keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

 

Mənbə: Apa.az

Xəbərlər