Plenar iclaslar, Qanun Layihələri 27 Dekabr 2021, 14:53 | Baxış sayı: 329
Məhkəmə yayılması qanunla qadağan edilən informasiyanın internet informasiya ehtiyatından götürülməsi haqqında işlərə xüsusi icraat qaydasında baxacaq.

Məhkəmə yayılması qanunla qadağan edilən informasiyanın internet informasiya ehtiyatından götürülməsi haqqında işlərə xüsusi icraat qaydasında baxacaq.
APA xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan Mülki Prosessual Məcəlləyə təklif edilən dəyişiklikdə əksini tapıb.
Müvafiq icra hakimiyyəti orqanı yayılması qanunla qadağan edilən informasiyanın internet informasiya ehtiyatından götürülməsi hallarını müəyyən etdikdə, internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması üçün məhkəməyə müraciət edəcək. Bu barədə ərizə müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yer üzrə veriləcək.
Layihə üçüncü oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.

Xəbərlər