"məhkəmə qərarı olmadan səhiyyə işçilərinə qarşı ittihamlar irəli sürülür"
Plenar iclaslar
15 Oktyabr 2021, 17:33 | Baxış sayı:
316
Deputat Rəşad Mahmudov səhiyyə işçilərinin işgüzar nüfuzuna zərər vurulması ilə bağlı cinayət məsuliyyətinin nəzərdə tutulmasını təklif edib.
Modern.az-ın məlumatına görə, deputat Rəşad Mahmudov parlamentdə qeyd edib ki, məhkəmə qərarı olmadan səhiyyə işçilərinə qarşı ittihamlar irəli sürülür:
“Bu da onların nüfuzuna və gələcəkdə xaricə getməsinə şərait yaradır. Mən təklif edirəm ki, mətbuatda Azərbaycan səhiyyə işçilərinin adları çəkilərək məlumatların verilməsinin qarşısı alınsın. Çünki tez-tez ya həkimlərin ya da xəstəxanaların adları çəkilir. Bu cür hallar doğru deyil”.