“Məgər onun nüfuzu qalıb ki, nüfuzuna da hansısa xələl gəlsin?”
AŞPA-nın ölkəmizə qarşı qərəzli münqasibəti cəmiyyətimizdə hiddət və təəssüf doğurmaqda davam etməkdədir.
Maraqlıdır, bəs bu siyasət AŞPA-nın öz nüfuzuna nə vəd edir?
Açıqlama verən millət vəkili Asim Mollazadə, artıq AŞPA-nın ciddi bir nüfuza malik olmadığını qeyd edib:
“Məgər onun nüfuzu qalıb ki, nüfuzuna da hansısa xələl gəlsin? AŞPA-nın heç bir nüfuizu qalmayıb. Yalnız bizə qarşı deyil, digərlərinə münasibətdə də biz bu qurumun ədalətsizliklərinə şahid olmaqdayıq. Antiseminitizm, islamafobiya və digər mənfi meyillər bu qurumda özünü aşıq-aşkar büruzə verir.
Biz bu qurumun türk dünyasına qarşı da qərəzli və ədalətsiz münasibətinə şahid olmaqdayıq. Azərbaycan və Türkiyəyə münasibətdə biz bunu görməkdəyik.
Dünyada AŞPA-ya, onun ədalətinə olan inam tamam itib. Çünki onların siaysəti beynəlxalq təşkilat olaraq elan etdikləri dəyərlərə xəyanətdən ibarətdir”.
moderator.az