Cəmiyyət 23 Avqust 2022, 13:00 | Baxış sayı: 177
"Meşə yanğınlarının törədilməsində xüsusi marağı olan insanların, hətta şirkətlərin olduqları ilə bağlı fikirlər var".

“Zaman-zaman eşidirik ki, meşələr qəsdən yandırılır. Praktikada etinasızlıqdan, ehtiyatsızlıqdan yaranan meşə yanğınlarının da şahidi olmuşuq. Dünyada da, ölkəmizdə də insanların qəsdən belə hərəkətlərə yol verdiklərini fakt olaraq kifayət qədər görmüşük. Bununla bağlı, təbii ki, mübarizə aparılır. Ölkəmizdə baş verən meşə yanğınlarının törədilməsində xüsusi marağı olan insanların, hətta şirkətlərin olduqları ilə bağlı fikirlər var. Fakt olmadığı üçün bu barədə nəsə söyləyə bilmərəm. Lakin belə hadisələrin digər ölkələrdə baş verdiyini eşitmişəm”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

 

Deputat bildirib ki, yay aylarında meşə yanğınlarının tüğyan etməsi son illər adi hal alıb: “Həqiqətən də, bir çox inkişaf etmiş ölkələrin dağlıq massivlərində, meşələrin sıx olduğu ərazilərdə bu yanğınların şahidi oluruq. Qardaş Türkiyədə də ötən il bunu gördük. Azərbaycan da öz qardaşlıq borcunu, dəstəyini Türkiyəyə göstərdi. Azərbaycanın bölgələrində baş verən meşə yanğınları ilə müvafiq orqanların mübarizə apardığını bilirik. Sözün əsl mənasında, müvafiq nazirliyin keyfiyyətli işi sayəsində ölkəmizdə baş verən yanğınların qarşısı vaxtında alına bilir. Hələki çox böyük faciəvi hadisələrin şahidi olmamışıq”.

Xəbərlər