Cəmiyyət 15 Sentyabr 2022, 12:09 | Baxış sayı: 124
"Matəm ordu məğlub olanda elan olunur"

Millli Məcclisin deputatı Elman Nəsirov ölkədə matəm elan olunub-olunmaması ilə bağlı açıqlama verib: "Düzdür, biz itkilər vermişik. Ancaq sosial şəbəkələrin Ermənistan seqmentini izləsəniz, görərsiniz ki, onların itkiləri hətta 300 nəfərə qədərdir. Ermənistan hökuməti bunu gizlədir. Buna "II Qisas əməliyyatı" da demək olar".


Deputat açıqlamasında həmçinin bunları qeyd edib: "Biz məğlub tərəf deyilik. Praktikada da görmüşük ki, adətən, matəmi məğlub tərəf edir. Bütün hallarda bu, dövlət başçısının səlahiyyətindədir və o, real vəziyyəti hər kəsdən yaxşı bilir".

 

Mənbə: Abzas media

Xəbərlər